RU

Xankəndidə kamandan oxatma yarışları başa çatıb - qaliblər müəyyənləşib

III MDB Oyunları çərçivəsində Xankəndidə keçirilən kamandan oxatma üzrə yarışlara yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, son yarış günündə bürünc medal uğrunda görüşdə Sümeyyə Bədəlli, Nilufər Ağaməmmədli və Fatimə Hüseynlidən ibarət Azərbaycan komandası Belarusla qarşılaşıb. Görüş rəqibin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Yarışların yekun nəticələrinə əsasən, həm oğlanların, həm də qızların komanda yarışlarında Rusiya idmançıları qızıl medal qazanıblar. Qarışıq komanda və qızların fərdi mübarizəsində Qazaxıstan təmsilçiləri, oğlanların fərdi yarışlarında isə Özbəkistan nümayəndələri birinci olublar.

Избранный
25
90deqiqe.az

1Источники