RU

Ayxan Abbasov Fransa və Ukrayna ilə oyunlar üçün millinin heyətini açıqladı

Oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq Azərbaycan millisi oktyabrın 8-də Fransanın paytaxtı Parisə yola düşəcək.

Yığmamızın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

A millinin heyəti: Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə (hamısı “Qarabağ”), Aydın Bayramov, Qismət Alıyev, İsmayıl İbrahimli, Ceyhun Nuriyev (hamısı “Zirə”), Rza Cəfərov, Elvin Bədəlov, Emin Mahmudov, Murad Xaçayev (hamısı “Neftçi”), Rəhman Daşdəmirov, Abdulla Xaybullayev, Anatoli Nuriyev (hamısı “Sabah”), Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (hər ikisi “Sumqayıt”), Faiq Hacıyev (“Turan Tovuz”), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Renat Dadaşov (“Motor”, Polşa).   (fanat.az)

Избранный
11
14
musavat.com

10Источники