RU

Gürcüstan DİN etirazçılara XƏBƏRDARLIQ ETDİ

Tbilisidə ötən gün baş verənlərə əsaslanaraq belə qənaətə gəlinib ki, bu gün və yaxın günlərdə keçiriləcək istənilən toplantı dünənki cəhdin davamı olacaq.


Manset.az xəbəri verir ki, bu barədə Gürcüstanın Daxil İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ictimai asayiş və təhlükəsizliyə təhdidin qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

DİN hər kəsi bu halı nəzərə almağa və onlara qarşı qanuni tədbirlərin görülməsi üçün əsas ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb. Məlumatda vurğulanıb ki, ötən gün məqsədi hakimiyyəti devirmək olan aksiyada qanun pozuntularına yol verənlərin müəyyən olunması və məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.

Избранный
17
10
manset.az

10Источники