RU

MDB Oyunları: Azərbaycan boksçularından 4-cü qızıl medal - FOTO

MDB Oyunlarında oğlan boksçular arasında müxtəlif çəki dərəcələrində final qarşılaşmaları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin boksçusu Şahin Aslanov (60 kiloqram) Özbəkistan təmsilçisi Otabek Nurmahamadov üzərində qələbə qazanaraq qızıl medala layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl digər Azərbaycan boksçuları da final görüşlərində uğur əldə ediblər.

Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram) və Əli Abaslı (52 kiloqram) qələbə qazanaraq Azərbaycan millisinin hesabına qızıl medallar əlavə ediblər.


Bizim.Media

Избранный
21
12
bizim.media

10Источники