RU

Netanyahu xəbərdarlıq etdi: Qəzzada yenidən əməliyyat...

Bütün girovlar - həm sağ, həm də ölü olanlar İsrailə qaytarılmayana qədər ABŞ Prezidenti Donald Trampın Qəzzaya dair sülh planının digər mərhələlərinə başlanmayacaq.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O əlavə edib ki, əgər HƏMAS Trampın müəyyən etdiyi vaxt ərzində girovları buraxmasa, İsrail tam hərbi dəstəklə Qəzzada əməliyyatlara yenidən başlayacaq:

“Trampın təzyiqi artır. O, bu dəfə qətiyyətlidir və təyin etdiyi vaxtdan daha çox gözləməyə də hazırdır. Nə HƏMAS, nə də Fələstin muxtariyyətinin hər hansı nümayəndəsi Qəzzanı idarə edə biləcək”.

Baş nazir eyni zamanda, Qəzzanın demilitarizasiyasına görə məsuliyyətin yalnız İsrailə aid olacağını bildirib.

Избранный
21
1
axar.az

10Источники