III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb.
Rekord.az xəbər verir ki, günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.