RU

1000-ə yaxın alpinist Everestdə kömək gözləyir - VİDEO

Tibetdə dağın şərq yamacında şiddətli qar fırtınası səbəbindən 1000-ə yaxın alpinist Everestdə köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, güclü qar yağışı xilasetmə işlərinə mane olur.

Məlumata görə, 1000-ə yaxın insan bütün marşrut boyu təhlükədədir. Bəziləri özləri aşağı enməyi bacarsalar da, əksəriyyətinin köməyə ehtiyacı var. 

Oktyabrın 4-ü axşam saatlarında başlayan qar fırtınası görmə məsafəsini bir metrdən də aşağı salıb.

Everest Landşaft Parkına giriş və bilet satışı dayandırılıb: parka gedən yollar qar yağması səbəbindən bağlanıb.

Избранный
45
6
unikal.az

7Источники