RU

Gəncədə orta yaşlı kişi minik maşını vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
9
apa.az

10Источники