RU

"Qisas hissim yoxdur, amma..."

"Şamaxı"nın Premyer Liqanın qarşıdakı turunda rəqibi "Qəbələ"dir.

Bu klublar arasında hansısa intriqadan danışmaq olmaz.

Amma bir futbolçu var ki, onun üçün "qırmızı qaralar"a qarşı meydanda mübarizə aparmaq xüsusi olmalıdır.

Söhbət Abdullah Şuaybudan gedir.

23 yaşlı hücumçu ötən mövsümü Birinci Liqada çıxış edən "Qəbələ"də keçirmişdi.

Bu komandanın çempion olaraq elitaya qayıtması yolunda tər axıtmışdı.

Ancaq yeni mövsüm öncəsi Kaxaber Tsxadadze afrikalı legionerə qapını göstərdi.

Yüksək Liqada onun səviyyədə oyunçuya ehtiyac duymadı.

O da "şirlərin" düşərgəsinə qoşulmağa məcbur qaldı.

Hətta ilk günlər yoxlanışda oldu, yalnız mövsümün startına bir neçə gün qalmış heyətdə saxlanılmasına qərar verildi.

Gürcüstanlı mütəxəssisi verdiyi qərara peşman etmək üçün zamanın yetişdiyini düşünmək olardı.

Amma forvard Sportinfo.az-a açıqlamasında bir qədər fərqli düşündüyünü bildirib:

"Bəli, yayda "Qəbələ"dən göndərildim. Amma səmim olaraq deyim ki, qisas hissim yoxdur.

Yalnız "Şamaxı"ya kömək etmək istəyirəm. Mövsüm öncəsi hazırlıq dönəmini də nəzərə alsaq 6 qol, 5 asistim var. Sadəcə daha yaxşı olmaq üçün döyüşəcəm".

XANOĞLAN

Избранный
21
sportinfo.az

1Источники