RU

Rubio: “Qəzzadakı müharibənin hələ sonuna gəlməmişik”

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, “Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var.”

APA xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib.

Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”.

Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-ın girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.

Rubio əlavə edib ki, planın silahsızlaşma mərhələsini əhatə edən ikinci hissəsi asan olmayacaq.

Избранный
40
9
apa.az

10Источники