RU

Hökuməti devirmək cəhdinə cavab veriləcək - Gürcüstan prezidenti

Gürcüstanda dünənki seçkilər ən yüksək demokratiya standartlarına uyğun keçirilib...

Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Kavelaşvili prezident administrasiyasında keçirilən brifinqdə deyib.

M.Kavelaşvili peşəkarlığa görə Mərkəzi Seçki Komissiyasına və onun əməkdaşlarına təşəkkür edib.

O, həmçinin "Gürcü Arzusu" partiyasını qələbə münasibətilə təbrik edib və seçiciləri səfərbər etdiyinə görə bütün siyasi qüvvələrə təşəkkür edib.

 
M.Kavelaşvili Tbilisidəki şeçkilərlərlə paralel baş tutan etiraz aksiyasını ayrıca şərh edərək, bunu hökuməti devirmək cəhdi kimi qiymətləndirib.

Onun sözlərinə görə, aksiya zamanı vandalizm və zorakılığa çağırışlar olub. O, təşkilatçıların hərəkətlərini xarici kəşfiyyat orqanları ilə əlaqələndirib və hakimiyyətdən sərt cavab vəd edib.

Poliqon.info

Избранный
25
3
poliqon.info

5Источники