RU

Azər Həşimov: “Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var“

Apasport portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasının VII turunun "Karvan-Yevlax" - "Sabah" matçından (0:2) sonra ev sahiblərinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Dəyişiklik etməyə çalışdıq ki, qollar vuraq. Amma alındıra bilmədik və "Sabah" qalib gəldi. Onları təbrik edirəm. Zədəlilərimiz var. Ona görə qol vurmaqda çətinlik çəkirik".

- "Neftçi" ilə görüşün ən yaxşısı olan Kamran İbrahimov bu gün kuryoz qol buraxdı. Demək olar ki, bu qapıçı eyforiyada idi?

- Yox, belə deməzdim. "Neftçi" ilə oyunda ən yaxşılardan idi. Bu gün də pis dayanmadı. Doqquzluğa gedən qol oldu. O da az-az görünən qollardandır. Futbolçularımıza da Kahim Parrisin fərdi keyfiyyəti ilə bağlı məlumat vermişdik. Amma rəqib oradan qapıya zərbə vurmaq yox, ötürmə edirdi. Top da qapıya daxil oldu. O epiozdda Kamran yox, başqası da olsaydı, bəlkə də yenə qol alınacaqdı.

- Stadionunuzun durumu nə yerdədir?

- Bu yaxınlarda AFFA-dan gəlib stadionumuza baxacaqlar. Ondan sonra qərar veriləcək. Bizim üçün də asan olardı. Meydançamız hazır olduqdan sonra öz azarkeşlərimizin qarşısında oynamaq bizi ruhlandırardı. Onların dəstəyinə ehtiyacımız var. Bütün oyunları səfərdə keçiririk. Bu da yeni yaranmış komanda üçün çətinlik yaradır. Sabah AFFA-dan gəlib stadionumuza baxacaqlar.

Ayxan Abbasov Fransa və Ukrayna ilə oyunlar üçün heyəti açıqlayıb

Minifutbol turniri: APA və “Baku TV” qələbə qazanıb - FOTO

Aqil Nəbiyev: “Komandamla qürur duyuram”

Saşa İliç: “Əlimizdə olan oyunçular budur”

Kurban Berdıyev: “Müəyyən çatışmazlıqlar var”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
apasport.az

6Источники