RU

Erməni uşaqlardan aldığı cavab Paşinyanı heyrətləndirdi

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət çəkib.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, o, informasiya texnologiyaları sahəsinin nümayəndələri ilə görüşündə bir xatirəsindən söz açıb.

"Berd icmasının Çoratan kəndinə getmişdim. Qeyri-rəsmi şəkildə yanımıza yaxınlaşdılar, dedilər ki, burada görkəmli məkanlar var, girin baxın. Orada uşaqlar gəlib öz çəkdikləri rəsmləri göstərdilər. Soruşuram ki, nə çəkmisən? Biri deyir ki, Masis dağı (Ağrı dağı), başqası "Soyqırımı abidəsi"...

O anda pəncərədən baxdım. Qarşıda möhtəşəm dağlar, meşələr var. Sonra bir qrup ziyalını dəvət etdim və dedim ki, izah edə bilərsinizmi, niyə bu uşaqlar ətraflarında gördükləri heyrətamiz təbiəti deyil, Ağrı dağını və ya "Soyqırımı abidəsi"ni çəkirlər?".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
6
news.milli.az

7Источники