RU

Tramp Netanyahudan narazı qaldı: “Bu, qələbədir, qəbul et!”

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza münaqişəsi ilə bağlı danışıqları gərgin keçib. Bu barədə Axios nəşri məlumat yayıb.

Musavat.com xəbər verir ki, HƏMAS Trampın təklif etdiyi sülh planına “bəli, amma...” cavabı verdikdən sonra Tramp bunu irəliləyiş kimi qiymətləndirib və Netanyahuyla telefon danışığı aparıb. Lakin İsrail lideri cavabında bildirib ki, “burada sevinməli bir şey yoxdur, bu, heç nə demək deyil”.

Bu sözlər Trampı qəzəbləndirib: “Sən həmişə bu qədər lənətə gəlmiş mənfi olursan. Bu, qələbədir. Qəbul et!” – deyə o, Netanyahunun fikrinə etiraz edib.

Gərgin dialoqa baxmayaraq, tərəflər əlavə addımlar barədə razılığa gəliblər. İsrail Qəzzadan qoşunların yeni geri çəkilmə xəttini təsdiqləyib, Tramp isə HƏMAS-ı girovların azad edilməsini gecikdirməməyə çağırıb.

Məlumata görə, Misirin vasitəçiliyi ilə danışıqlar bazar ertəsi başlayacaq. Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner prosesə qatılaraq bu həftə ərzində razılaşmanın əldə edilməsinə çalışacaqlar.

Musavat.com

Избранный
4
musavat.com

1Источники