ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 5 oktyabr, AZƏRTAC
ABŞ-ın Alabama ştatının Montqomeri şəhərində kütləvi atışma baş verib.
AZƏRTAC-ın məlumatın görə, hadisə zamanı 2-si ölümcül olmaqla 14 nəfər güllələnib. Montqomeri Polis Departamentinin məlumatına görə, səhərə yaxın baş verən atışmada hadisə nəticəsində hələlik heç kəs saxlanılmayıb.
Atışmanın motivi araşdırılır. Polis rəsmilərinin dediyinə görə, detektivlər şübhəli şəxsləri müəyyən etmək üçün şahidləri dindirir və müşahidə videolarını araşdırırlar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.