Misli Premyer Liqasında VII tura bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, qapanış matçında "Qəbələ" "Şamaxı"nı qəbul edib.

Sonn pillələrdə qərarlaşan iki komandanın oyununda yeganə qol həlledici olub.

Rikardo Apolinario penaltini dəqiq yerinə yetirərək "Şamaxı"ya 3 xal qazandırıb.

Ayxan Abbasovun komandası xal ehtiyatını 9-a yüksəldib və 7-ci yerə qalxıb.

"Qəbələ" isə 4 xalla 11-cidir.

Misli Premyer Liqasında, VII tur

5 oktyabr (bazar)

17:30. “Qəbələ” - “Şamaxı” 0:1 

Qol: Rikardo Apolinario, 8 (pen.)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Qəbələ şəhər stadionu