III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.
Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını 7:3 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.