RU

Azərbaycan cüdoçuları III MDB Oyunlarında qızıl medal qazanıblar

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.

Milli.Az-ın məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.

Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını 7:3 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Milli.Az

Избранный
7
4
milli.az

5Источники