RU

İmmuniteti gücləndirir, ürək sağlamlığını dəstəkləyir: gündə 60 qramı yetərlidir

Badam müntəzəm şəkildə istehlak edildikdə immunitet sistemini gücləndirir və ürək sağlamlığını qoruyur.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, bunun üçün gündə 60 qram badam kifayətdir.

“Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, ən faydalı nəticə üçün çiy, qabıqlı və bütöv badam seçmək lazımdır. Badamı soymaq və ya qovurmaq onun polifenol və antioksidant tərkibini əhəmiyyətli dərəcədə azaldır. Qovurma prosesində antioksidant qabiliyyət 34 faiz, polifenol tərkibi isə 26 faiz azalır.

Gündəlik 60 qram badam hüceyrə zədələrinin və iltihabın qarşısını almağa kömək edir. Badam oksidləşdirici stressi azaldır, hüceyrə membranlarını qoruyur və “superoksid dismutaz” fermentinin səviyyəsini artıraraq xərçəng, Alzheimer və ürək xəstəlikləri riskini azalda bilər.

Badam həm də zəngin maqnezium mənbəyidir. 56 qram badam gündəlik maqnezium ehtiyacının əhəmiyyətli hissəsini təmin edir ki, bu da xüsusilə 2-ci tip diabetin qarşısını almağa və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir. Onun yüksək zülal və lif tərkibi toxluq hissini artıraraq sağlam qidalanmanı dəstəkləyir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
17
e-saglam.az

1Источники