RU

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında qızıl medal qazanıblar

BAKI, TurkicWorld

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışlarına yekun vurulub.

TurkicWorld-in məlumatına görə, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan döyüşlərdə yığmamız final qarşılaşmada Özbəkistan seçməsinə 7:4 hesabı ilə qalib gələrək fəxri kürsünün zirvəsinə qalxıblar.

Qeyd edək ki, cüdoçularımız yarımfinalda Tacikistan yığmasını 7:3 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Избранный
4
4
turkic.world

5Источники