RU

Elnur Röya ilə barışmasından danışdı

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

"Kişiyəm, nə küsülülük. Xanım naz edər... Bizim aramızda düşmənçilik olmayıb. Sadəcə bir müddət bir-birimizi görmədik. Görəndə qucaqlaşdıq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Full şou"da deyib. Müğənni Xalq artisti Röya Ayxanla barışmasından danışıb.

"Bir sənət dostumuzun ailəsinin şad günündə qarşılaşdıq. Görüşdük, balalarımıza heyran olduğumuzu dedik" deyə, Elnur əlavə edib.

Qeyd edək ki, Röya ilə Elnur Məmmədovun münasibətləri illər əvvəl “Dəniz” mahnısına görə pozulub. 

Röya açıqlamalaından birində Elnur haqda "Vaqif Gərayzadənin komandasında bir nəfərdən zəhləm gedir. Ömrümün axırına kimi ona nifrət edəcəyəm. Onunla heç vaxt barışmayacağam. Kişi qadın münasibətləri pozulmamalıdır. Kişi güzəştə getməlidir" sözlərini deyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
axsam.az

1Источники