RU

Mikelsin qabırğası zədələnib - sabah müayinə olunacaq

"Karvan-Yevlax"a qarşı səfər matçının uzatma dəqiqələrində "Sabah"ın futbolçusu Coy Lens Mikels ciddi zədə alıb. Meydanı ağrılan içində tərk edən oyunçunun durumu hamını narahat edib. Hətta onun bel sümüyünün sınmasına dair xəbərlər də yayılıb. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, alman futbolçusu qabırğasından zərbə alıb. İlkin ehtimallara görə, futbolçunun ya qabırğası sınıb, ya da bərk əzilib. Mikels sabah müayinə olacaq. 

Qeyd edək ki, həmin oyunda "Sabah" 2:0 hesablı qələbə qazanıb. İlk qolun müəllifi 31-ci dəqiqədə penalti zərbəsini yerinə yetirən Mikels olub. İkinci qolu isə Parris vurub. 

saytlarin hazirlanmasi

Избранный
3
1
sportal.az

2Источники