RU

Britaniyada məscid yandırıldı - Video

Böyük Britaniyanın cənubunda yerləşən Peacehaven şəhərində məscid yanıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Sasseks polisi məlumat yayıb.

Yanğın binanın əsas girişinə və yaxınlıqda park edilmiş avtomobilə ziyan vurub. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanları hadisəni nifrət cinayəti kimi qiymətləndirir. Müstəntiqlər şahid ifadələrini toplayır, təhlükəsizlik kameralarının görüntülərini analiz edir və hadisə yerində ekspertizanın işini davam etdirirlər.

Избранный
9
1
axar.az

2Источники