HƏMAS hərəkatı bəzi ərəb və beynəlxalq media orqanlarında yayılan iddiaları təkzib edib.
Musavat.com xəbər verir ki, “Al Hadath” kanalı və bir sıra media qurumları HƏMAS-ın silahı yerə qoymağa və atəşkəs razılaşmasına hazır olması barədə məlumatlar yaymışdı. Lakin hərəkatın liderlərindən Məhəmməd Mərdəvi bu xəbərləri əsassız adlandırıb.
O, bu gün – bazar günü yayılan bəyanatında bildirib ki, yayılan məlumatlar HƏMAS-ın mövqeyini təhrif etmək və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır.
“Paylaşılan informasiyalar həqiqətə uyğun deyil. Media orqanlarını məsuliyyətli davranmağa, dəqiqlik və obyektivliyə riayət etməyə çağırırıq. HƏMAS-a dair rəsmi açıqlamalar yalnız hərəkatın etibarlı və təsdiqlənmiş kanallarından alınmalıdır”, – deyə Mərdəvi vurğulayıb.
HƏMAS rəhbərliyinin bu bəyanatı Qəzzada atəşkəs danışıqları ilə bağlı müxtəlif versiyaların yayıldığı bir vaxtda diqqət çəkib.
Musavat.com