RU

Bu kadrlar iştah açır! Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Şamaxıda təşkil olunan Beynəlxalq Barbekü Festivalı bu gün də davam edib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda ilk dəfə keçirilən barbekü festivalında 30-dan çox ölkədən məşhur şeflər bir araya gəlib.

Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun dəstəyi ilə təşkil olunub.

Möhtəşəm barbekü təqdimatları ilə zəngin bu beynəlxalq tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq, qastronomiya turizmini genişləndirməkdir. Festival ərazisində müxtəlif pavilyonlar quraşdırılıb və burada yerli və xarici aşpazlar bir-birindən fərqli təamları təqdim edib.

Festivaldan iştah açan görüntüləri təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
qafqazinfo.az

1Источники