RU

"Sevilya" "Barselona"nı darmadağın etdi

La Liqanın səkkizinci turunun görüşü “Sevilya” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, İspaniya futbol çempionatının 8-ci turunda keçirilən oyunda “Sevilya” “Barselona”ya qalib gəlib. Görüş 5 oktyabr tarixində “Ramon Sançes Pisxuan” stadionunda baş tutub və 4:1 hesabı ilə yekunlaşıb.

- 13-cü dəqiqədə Aleksis Sançes “Barselona”nın qapısına penalti zərbəsini dəqiq yerinə yetirib. 37-ci dəqiqədə İsaak Romero meydan sahiblərinin üstünlüyünü ikiqat artırıb. Birinci hissənin əlavə olunmuş vaxtında Markus Raşford fərqi azaldıb.

İkinci hissədə - 74-cü dəqiqədə, “Barselona” penalti zərbəsi hüququ qazansa da, Robert Levandovski bu imkandan istifadə edə bilməyib. Oyunun son dəqiqələrində Xose Anxel Karmona (90-cı dəqiqə) və Akor Adams (90+6-cı dəqiqə) daha iki qol vuraraq yekun hesabı müəyyən ediblər.

Hakim hər iki komandanın futbolçularına bir neçə sarı vərəqə göstərib. “Barselona” topa 62% sahib olsa da, bu üstünlüyü qola çevirməkdə çətinlik çəkib.

Избранный
24
10
publika.az

10Источники