Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.
Ucnoqta.az xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.
Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: