RU

“Yuventus”la “Milan”dan qolsuz “sülh”

İtaliya A Seriyasının VI turunda “Yuventus” öz meydanında “Milan”ı qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Allianz” stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Tərəflər bu oyunda qol vurmadan hərəyə 1 xal qazanıblar. 

Matçın ən real qol epizodu qonaqların hücumçusu Kristian Pulişiçə məxsus olub. Amerikalı futbolçu 54-cü dəqiqədə penaltidən dəqiqlik göstərə bilməyib.

Bu nəticədən sonra “Milan” 13 xalla A Seriyasının 3-cü pilləsində, “Yuventus” isə 12 xalla 5-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 15 xalla “Napoli” başçılıq edir.

Избранный
9
90deqiqe.az

1Источники