Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 11-ci turunda “Rakov”un qonağı olub və 0:2 hesabıyla uduzub.
Oyunda start heyətdə başlayan Renat 84-cü dəqiqədə əvəzlənib. O, görüşün 79-cu dəqiqəsində sarı vərəqə alıb
Dadaşovun komandası 11 turdan sonra 11 xalla 14-cü pillədə qərarlaşıb.