RU

Çikunqunya virusu: Çində bir həftə ərzində üç mindən çox yoluxma

Çinli həkimlər sentyabrın 28-dən oktyabrın 4-dək ölkənin cənubundakı Quandun əyalətində çikunqunya virusuna 3 181 yeni yoluxma halı aşkarlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Regional Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Foşanda 2 480, Quançjouda 138, Şençjendə 101 yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində, Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə yayılmağa başlayıb.

Избранный
14
3
musavat.com

4Источники