RU

Ağ Ev Trampın varisinin adını açıqladı

ABŞ-nin vitse-prezidenti Ceyms Vens Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi ola bilər.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib. 

"Mən inanıram ki, Respublikaçıların növbəti namizədi, əgər namizəd olmaq qərarına gəlsə, vitse-prezident Vens olacaq. O, mənim yaxşı dostumdur və əla iş görür. Mən deyərdim ki, bizim əla komandamız var və hamımız prezident üçün çalışırıq", - Rubio bildirib.

Qeyd edək ki, may ayının sonunda ABŞ-ın nüfuzlu “The Hill” qəzeti 2028-ci ildə Respublikaçılar Partiyasından namizəd olmaq üçün Trampın varisi kimi yeddi mümkün namizədin siyahısını dərc etmişdi,.

Siyahıda onun böyük oğlu kiçik Donald Tramp da yer almışdı.

Избранный
18
5
redaktor.az

9Источники