İran çempionatında 6-cı turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, “Traktor” səfərdə “Fulad”ın qonağı olub.
Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Bununla da Təbriz klubu ardıcıl ikinci tur heç-heçə ilə kifayətlənib.
6 turdan sonra 9 xalı olan “Traktor” ikinci pillədə qərarlaşıb. Komanda lider “İstiqlal Kuzestan”dan 2 xal geri qalır.