RU

Tərtərdə dəhşətli qəza olub ölən və yaralanan var

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var. SİA xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
27
sia.az

10Источники