RU

Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır — Avropa Komissarı Marta Kos

Bakı. Trend:

Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır.

Bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kossentyabrda Azərbaycana səfərindən sonra Trend-ə özəl müsahibəsində deyib.

Azərbaycana səfərin əsas məqamları

Avropa komissarı qeyd edib ki, Azərbaycan və Ermənistan arasındasülh sazişinin paraflanmasından sonra Cənubi Qafqaz regionundaköklü transformasiya müşahidə olunub.

"Bu tarixi məqamda mən Bakıya aydın mesajla gəldim: Avropaİttifaqı (Aİ) münasibətlərimizi yeni siyasi səviyyəyə qaldırmaqüçün bu tarixi fürsətdən istifadə edərək Azərbaycana dəstək verməyəhazırdır. Bu, mənim Azərbaycana ilk rəsmi səfərim olub. Prezidentİlham Əliyevlə görüşdüm və onun sülh prosesinə rəhbərlik etdiyinəgörə təbriklərimi bildirdim. Mən minalarla mübarizə səylərinədəstəyimizi genişləndirmək niyyətimizi bildirdim – Aİ 23 milyonavroya qədər yardım etməyə hazırdır. Biz qarşılıqlı maraq doğurangeniş spektrli sahələri, o cümlədən nəqliyyat əlaqəsi, enerjiəməkdaşlığı və minalarla mübarizəni müzakirə etdik", - deyə obildirib.

Kos vurğulayıb ki, xüsusən də mövcud geosiyasi kontekstdənəqliyyat əlaqəsi həm Aİ, həm də Azərbaycan üçün daha böyük siyasiəhəmiyyət kəsb edir.

"Mərkəzi Asiya və Avropanı birləşdirməklə regionun bütünpotensialını açmaq olar. Biz həmçinin Aİ ilə Azərbaycan arasındaiqtisadi əməkdaşlığı gücləndirmək və investisiyaların təşviqiimkanlarını araşdırmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupununyaradılması barədə razılığa gəldik", - deyə Avropa Komissarı əlavəedib.

Orta Dəhlizin inkişafında Aİ-nin rolu

M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq CənubiQafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarınınperspektivi reallığa çevrilir:

"Mənim Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonraQara dəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha genişstrategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanınperspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsalinfrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələrigücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyivar: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçünkonkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həllediciəhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və stratejifaydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər NəqliyyatDəhlizində əsas tərəfdaşdır".

Avropa komissarı vurğulayıb ki, Avropa və Azərbaycan dəhlizinuğurunun təmin edilməsində maraqlıdır.

"Qarşıdakı aylarda biz bu niyyətləri daha dakonkretləşdirəcəyik: oktyabrın 9-10-da Brüsseldə ikinci "QlobalQapılar" (Global Gateway) Forumu keçiriləcək, oktyabrın 20-də isəregionlar arasında təhlükəsizlik və əlaqə ilə bağlı nazirləringörüşü keçiriləcək. İlin sonuna kimi biz özəl sektoru da TransxəzərNəqliyyat Dəhlizində investisiya imkanlarını araşdırmağa dəvətedəcəyik", - deyə o əlavə edib.

Daha geniş regional əlaqə çərçivəsində nəqliyyatsektorunda əməkdaşlığın gücləndirilməsi

"Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropaəməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmənolan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələrüzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm dəAzərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu iləəlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm dəvətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadisahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycanilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxarabilər", - deyə o bildirib.

Avropa komissarı qeyd edib ki, Aİ Avropanı regiona yaxınlaşdıranmarşrutların bərpası, modernləşdirilməsi və reabilitasiyasındaAzərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesinəbaxışı

Kos qeyd edib ki, Avropa İttifaqı Vaşinqtonda sülh sazişimətninin paraflanmasını alqışlayır.

"Bu, regionda davamlı sülh və sabitlik yolunda mühüm addımdır.İmzalanmış və ratifikasiya olunmuş sülh sazişi keçmiş münaqişələrəson qoyacaq və regionun inkişafına mühüm müsbət təsir göstərəcək.Bu, sülh və sabitliyin yeni səhifəsini açacaq. Sazişin əsaselementi nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsiöhdəliyidir. Bu, təkcə region daxilində əlaqələri gücləndirməyəcək,həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşdıracaq.Azərbaycan mümkün transsərhəd və regional əməkdaşlıq təşəbbüsləri,barışıq səyləri və humanitar məsələlər də daxil olmaqla normallaşmaprosesini daha da irəlilətmək üçün Avropa İttifaqına ümid edəbilər", - deyə o əlavə edib.

Aİ-nin Ukraynada Azərbaycanın enerji infrastrukturuəleyhinə Rusiyanın hərəkətlərinə münasibəti

Avropa komissarı vurğulayıb ki, Aİ bu hücumları qətiyyətləpisləyir.

"Bu təsadüf deyil. Aİ və Azərbaycan Ukraynanın ərazi bütövlüyünüqətiyyətlə dəstəkləyir. Rusiyanın Ukraynanın mülki enerjiinfrastrukturuna qarşı qəsdən həyata keçirdiyi hücumlar əsassızdırvə heç bir bəraəti yoxdur. Bu, tamamilə qəbuledilməzdir və dərhaldayandırılmalıdır. SOCAR-ın aktivlərinə edilən hücumlar Rusiyanındavam edən təcavüzünün növbəti addımıdır", - deyə M.Kos qeydedib.

"Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Aİ iləAzərbaycan arasında əlaqələrin gücləndirilməsi

M.Kos qeyd edib ki, “Şərq Tərəfdaşlığı” sülh prosesinin və dahageniş transregional əlaqə gündəliyinin irəliləyişi üçün mühümplatforma olaraq qalır.

""Şərq Tərəfdaşlığı" ölkələri və Xəzər dənizi üzərindən MərkəziAsiyadakı tərəfdaşlarımızla birgə işləmək vacibdir. Azərbaycan busəylərdə mərkəzi tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi Aİ-ninAzərbaycanın "Şərq Tərəfdaşlığı" çərçivəsində mövqeyininmöhkəmləndirilməsinə və onun Avropa üçün strateji tərəfdaş kimirolunun tanınmasına siyasi sadiqliyini vurğulamaq olub. Əminəm ki,mənim səfərim münasibətilə işə başladığımız İqtisadiyyat üzrəYüksək Səviyyəli İşçi Qrup bu məqsədə nail olmağa öz töhfəsiniverəcək", - deyə o əlavə edib.

Əsas sektorlarda gələcək Aİ-Azərbaycanəməkdaşlığı

"Biz sıfırdan başlamırıq. 2022-ci ilin iyul ayında AvropaKomissiyasının sədri Ursula fon der Lyayen və Prezident İlhamƏliyev arasında Anlaşma Memorandumunda razılaşdırılmışprioritetlərə uyğun olaraq, biz regional enerji əlaqəsinigücləndirməyə, bərpa olunan enerjini inkişaf etdirməyə və enerjisəmərəliliyini artırmağa davam edəcəyik", - deyə komissarbildirib.

O qeyd edib ki, siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığınbərpası Azərbaycan və Aİ arasında münasibətlərdə yeni səhifəninəsas elementləri olacaq:

"Tərəfdaşlığımızı inkişaf etdirmək üçün biz Aİ-AzərbaycanTərəfdaşlıq Prioritetlərini yeniləməliyik. Sülh quruculuğu vənəqliyyat əlaqələrinin inkişafı Azərbaycanla gələcəkəməkdaşlığımızın əsas prioritetləri olaraq qalır. Mən həmçininiqlim və ətraf mühit, təhsil və ticarət kimi sahələrdə əməkdaşlığıngenişləndirilməsi və dərinləşdirilməsi üçün böyük potensialgörürəm".

Избранный
12
4
az.trend.az

5Источники