RU

Prezident Vuçiç gözlənilməz açıqlama verib

Prezident

Serbiya prezidenti Aleksandr Vuçiç 2026-cı ilin əvvəlində vəzifəsini bitirə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə A. Vuçiç “Pink” telekanalına müsahibəsində bildirib.

O, səlahiyyət müddətinin vaxtından əvvəl başa çata biləcəyini və 2026-cı ilin sonunda respublikada parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsini təklif edib: “Mənim mandatımda rəsmi olaraq daha bir il yarım qalıb, amma çox güman ki, bu müddət daha qısa olacaq”.

Onun sözlərinə görə, ölkə rəhbərliyi prezident və parlament seçkilərinin eyni vaxtda reallaşmasını nəzərdən keçirir: “Biz çox güman ki, prezident və parlament seçkilərini eyni vaxtda keçirəcəyik. Mən bunun 2026-cı ilin dekabrında, bəlkə də bir qədər tez olacağını gözləyirəm”.

E. KAMAL
Избранный
26
1
reyting.az

2Источники