RU

“Qarabağ”ın qapıçısı: “Bizə bu xallar, qələbə lazım idi”

“Bizə bu xallar, qələbə lazım idi. Ona görə də sevinirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

O, Azərbaycan Premyer Liqasının VII turunda evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən belə danışıb.

25 yaşlı qolkiper gərgin mübarizə şəraitində keçən görüşü belə dəyərləndirib:

“Düşünürəm ki, yaxşı oyun keçdi, çünki əlavə üç xal qazandıq. Futbolçuların qələbə qazanacaq qədər yaxşı oynamasından məmnunam.”

Mateuş Koxalski ötən ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. Koxalski Çempionlar Liqasında vurulan 15 qolun cavabında 5 top buraxıb.

Избранный
21
sportinfo.az

1Источники