RU

Yasamalda tikinti şirkəti gecə işlərini dayandırmır - VİDEO

Ağır texnikalar gecə saatlarında belə işləyir... Ərazidə yaşayan sakinlər saatlarla davam edən səs-küy səbəbindən evlərində istirahət edə bilmirlər...


Manset.az-ın Xezerxeber.az-a istinadən xəbərinə görə, sakinlər deyir ki, istirahət və bayram günləri də eyni hal yaşanır.

Məsələ ilə bağlı ərazidə tikinti aparan "Nizami city" şirkəti ilə əlaqə saxlamağa çalışıblar, lakin zənglər cavabsız qalıb. Yasamal rayon İH-dən də sorğuya cavab verən olmayıb. 

Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətindən bildirildi ki, sakinlərin şikayəti ilə bağlı növbəti dəfə tikinti şirkətinə xəbərdarlıq olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.



Избранный
28
6
manset.az

8Источники