RU

Ukrayna Krımda neft bazasını dronlarla vurub, güclü yanğın olub

Urkayna Silahlı Qüvvələri Krımın Feodosiya şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

APA UNİAN-a istinadən xəbər verir ki, PUA hücumundan sonra neft bazasında güclü yanğın baş verib.

Məlumata görə, hücum Feodosiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub.

Bundan başqa, Novofedorovkadakı Saki aerodromuna da zərbələr endirilib.

Feodosiya, Yevpatoriya, Simferopol ərazisində və Kaça aerodromunun yaxınlığında yerləşən Andreyevka kəndində də partlayışlar baş verib.

Bundan əlavə, PUA-ların Yevpatoriya ilə Uyutnoye kəndləri arasındakı hərbi hissəni vurduğu, ilkin məlumatlara görə, radarlardan birinin zədələndiyi bildirilir.

Sevastopol vilayətində də ondan çox partlayış səsi eşidilib.

Избранный
13
12
apa.az

10Источники