Müəllif:Mehin Qasımova,Banco.az
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun 8 üzvü gözləntilərə uyğun olaraq noyabr ayında hasilatı gündəlik 137 min barel artırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, OPEC Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın qlobal bazar vəziyyətini və perspektivlərini qiymətləndirmək üçün onlayn iclas keçirdiklərini açıqlayıb.
İclasda 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barellik könüllü hasilatın azaldılması məsələsi müzakirə edilib.
Bəyanatda vurğulanır ki, sabit qlobal iqtisadi görünüş və aşağı neft ehtiyatları cari sağlam bazar əsaslarını dəstəkləyir. Müvafiq olaraq, bu ölkələr noyabr ayında hasilatı gündəlik 137 min barel artırmaq qərarına gəliblər.
Bəyanatda bazar şərtlərindən asılı olaraq qərarın dayandırıla və ya ləğv edilə biləcəyi də vurğulanıb.
Noyabr ayında bazarlar istehsalın analoji artımını gözləyirdi.
Qrupun növbəti iclası noyabrın 2-də keçiriləcək.