RU

İngiltərədə futbolçunun ürəyi dayandı

İngiltərənin yarımpeşəkar “Heşteq Yunayted” klubunun futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənc futbolçunun ölümünə ürək dayanması səbəb olub.

“İki saatdan çox fasiləsiz çalışan xilasedicilərin bütün səylərinə baxmayaraq, Raman 22 yaşında dünyasını dəyişib. Onun ailəsinə və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk”, – klubun açıqlamasında qeyd olunub.

Избранный
26
6
unikal.az

9Источники