RU

Cari ildə neçə nəqliyyat vasitəsində yanğın baş verib ? - AÇIQLAMA

Bakı.Trend:

Cari ilin ötən dövrü ərzində respublika ərazisində 196 nəqliyyatvasitəsində yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə HallarNazirliyindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar nəticəsində sözügedən yanğınların,əsasən texniki nasazlıq, birbaşa insan faktorunun təsiri və qəzahadisələri nəticəsində baş verməsi məlum olub.

Xatırladaq ki, ən son olaraq nəqliyyat vasitəsində yanğınhadisəsi sentyabrın 29-u Sumqayıt şəhərində qeydə alınıb. Hadisənəticəsində xəsarət alan olmasa da, 2 saylı müntəzəm marşrutxəttinə aid “İsuzu Citibus” markalı avtobusa ciddi ziyan dəyib.

Избранный
13
2
az.trend.az

3Источники