RU

Bu ilin 3-cü rübündə 3 245 əcnəbi saxlanılıb - DMX

Bakı. Trend:

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığıolmayan şəxslərin ölkədə olma, yaşama, işə cəlb olunma qaydaları vədigər müvafiq inzibati hüquq pozmalarla bağlı 2025-ci ilin 3-cürübü ərzində ümumilikdə 7718 qərar qəbuledilib.

Xidmətdən Trend-ə verilən məlumata görə, barəsində inzibatiqərar qəbul edilən əcnəbilərdən 3245 nəfəri DövlətMiqrasiya Xidməti tərəfindən tənzimlənməyən miqrasiyaya qarşıkeçirilmiş tədbirlər zamanı saxlanılıb. Onların ölkə ərazisindəolma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması,ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətləməşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və yaqeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 429 əcnəbiAzərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydadaçıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətəməhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarınınqanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təminolunub.

Bu dövr ərzində ölkədə tənzimlənməyən miqrasiyanın təşkilinədair 3 hal aşkar edilib. Aparılmış araşdırmalarzamanı əcnəbilərin müxtəlif məqsədlərlə ölkə ərazisinəgətirilmələri, gəldikdən sonra onların qanunsuz yollarla ölkəərazisində iş və müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təminedilmələri ilə bağlı cəhdlər edildiyi müəyyən olunub. Həmin hallarüzrə toplanmış sübutlar hüquqi qiymət verilməsi üçün aidiyyətihüquq-mühafizə orqanlarına göndərilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindəntənzimlənməyən miqrasiyaya qarşı tədbirlər fasiləsiz davametdirilir.

Избранный
7
28
az.trend.az

10Источники