"Report"un məlumatına görə, bu fikri ABŞ dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində deyib.
"İnanıram ki, vitse-prezident Vans namizəd olmaq qərarına gəlsə, respublikaçıların növbəti namizədi olacaq", - Rubio əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Rubionu prezident postunun mümkün varisi kimi göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31