RU

Anar Rzayevin 1 milyonluq villa almasına sərt reaksiya

“AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu açıqlama ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhilmi çıxış edib.

Onun sözlərinə görə, nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”:

“Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar.

Belə ki, AYNA rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib parkink aparatları yerləşdirib. Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatları olmadığına görə, “göz yaşlarına” baxmırdı, adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda, yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır, nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə MİS-lərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, o sənin üçün ölüb, bizim üçün diridir, fikrinin AYNA-nın fəaliyyətinə proyeksiyasını gördük.

Избранный
8
21
publika.az

10Источники