RU

Avropa İttifaqı Avropanı regiona yaxınlaşdıran marşrutların bərpasında Azərbaycanla əməkdaşlığa hazırdır - Marta Kos

Bakı. Trend:

Avropa İttifaqı Avropanı regiona yaxınlaşdıran marşrutlarınbərpası, müasirləşdirilməsi və reabilitasiyasında Azərbaycanhökuməti ilə əməkdaşlığa hazırdır.

Bunu Trend-əAvropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrdaAzərbaycana səfərindən sonra özəl müsahibəsində deyib.

"Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropaəməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmənolan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələrüzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm dəAzərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu iləəlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm dəvətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadisahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycanilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxarabilər", - deyə o bildirib.

Избранный
12
2
az.trend.az

3Источники