RU

Bakıda faciə: usta iş yerində ölü tapıldı

Bakıda avtomobil təmiri sexində meyit tapılıb. 

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şosesi küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

Orada usta işləyən, 1999-cu il təvəllüdlü İsmayılov Mehrac Mehman oğlunun meyiti sexdə aşkar edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Избранный
12
5
konkret.az

6Источники