RU

Azərbaycan ali təhsil və elm sahəsində yeni inkişaf prioritetlərini müzakirə edib

Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası” layihəsinin elm və ali təhsil istiqamətlərinə həsr olunmuş iclas keçirilib. Tədbirdə 2022–2025-ci illərdə əldə olunan nəticələr və 2030-cu ilə qədər nəzərdə tutulan hədəflər təqdim olunub.

Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Təqdimatda elm və ali təhsil ekosisteminin gücləndirilməsi, ali təhsilin əhatəliliyinin və əlçatanlığının artırılması, məzmun və keyfiyyətin modernləşdirilməsi, beynəlxalq rəqabətlilik və mobilliyin artırılması, eləcə də dövlət-özəl tərəfdaşlığı ilə bu sahələrin inkişafı əsas müzakirə mövzuları olub.

Bununla yanaşı, universitetlərin strateji inkişaf planlarının milli iqtisadi hədəflərlə uzlaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və nəticə əsaslı elmi tədqiqatların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürülüb.

İştirakçılar həmçinin müasir tələblərə cavab verən ali təhsil sisteminin formalaşdırılması və elmin cəmiyyətin inkişafındakı rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Избранный
12
30
anews.az

10Источники