RU

Trampın qərarı Rusiya-Ukrayna müharibəsində ciddi dönüş nöqtəsi ola bilər- ÖZƏL

"ABŞ prezidenti Donald Tramp tərəfindən Rusiya ərazislərinin, ən başlıcası isə neft infrastrukturunun, neft emalı zavodlarının, kəmərlərinin vurulmasına dair razılığın verilməsi Rusiya-Ukrayna müharibəsində ciddi dönüş nöqtəsi ola bilər". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Rusiyanın neft  infrastrukturun hədəfə alınması və paralel Avropa İttifaqının qısa müddətdə Rusiya neftindən, enerji daşıyıcılarından imtinasının təmin olunmasına dair qərarı Rusiyanı çox çətin vəziyyətə sala bilər.  Bu da öz növbəsində, müharibənin gedişini Rusiya üçün əhəmiyyətli dəyişə bilər. Yaranacaq vəziyyətlə bağlı ABŞ və Aİ-nın qərarı heç şübhəsiz ki, Rusiya üçün ciddi nəticələrə səbəb olacaq.  Gərək ABŞ prezidenti Donald Tramp fikirlərində və siyasi qərarlarında o dərəcədə qətiyyətli olsun ki, gələcəkdə Rusiyaya münasibətdə heç bir dəyişikliklərə getməsin. Bu halda, verilən qərar Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi hesab oluna bilər.
Bir məsələ də var ki, Rusiya tərəfindən, xüsusən də keçmiş prezident, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Donald Trampı aşağılaması, qeyri-ciddi fiqur kimi təqdim etməsi sözsüz ki, Donald Trumpın qüruruna toxunmaya bilməz.



Ancaq, Donald Trampın Ukraynaya Rusiyanın neft infrastrukturuna zərbələrə icazə verməsi təkcə Ukraynanın hərbi maraqları ilə ölçülməməlidir. Məsələ bundadır ki, Rusiyanın neft ixracının, xüsusən də Avropaya ixracının qarşısının alınması ABŞ-ın özünün Avropaya neft ixracını təmin etmək və Avropanı özündən asılı vəziyyətə salmaq məqsədinə də söykənə bilər.
Ən əsası isə, ABŞ-ın Ukraynaya Rusiyanın neft infrastrukturuna zərbələrin endirilməsinə icazə və bunun üçün müvafiq silahların verməsi, həm də ABŞ-ın əsas rəqibi Çinə qarşı yönəlikdir. Belə ki, Çin bütün iqtisadiyyatının əsas hissəsini Rusiyanın enerji daşıyıcıları üzərində qurub. Ukraynanın əsas hərbi hədəflərindən Çinə ixrac infrastrukturunun olacağı şübhə doğurmamalıdır. İran da Çinə neft ixrac edir, ancaq İsrail-İran 12 günlük müharibəsindən sonra İran Qərbin tələblərinə daha loyal davranır. Yeri gəlmişkən, nə Çin, nə də İran Rusiya qarşı tətbiq olunan sanksiyalara nəinki qoşulmayıb əksinə, Rusiyanın faktiki hərbi müttəfiqləridir.
Qeyd olunan proseslər fonunda ABŞ-ın paralel olaraq Venesuelada mövcud hakimiyyətə qarşı iqtisadi, siyasi, hətta hərbi təzyiqləri belə bir qənaəti ortaya çıxarır ki, ABŞ Venesuela hakimiyyətindən neftlə bağlı razılaşma əldə etmək niyyətindədir. Əks halda, Maduro hakimiyyəti üçün real təhlükələr yaradılacaq. Yəni, Venesuela da ABŞ-ın qlobal istəklərində bir obyekt kimi Rusiya ilə bağlı planlarla əlaqəlidir.
NATO ölkələrinin hava məkanının Rusiya tərəfindən mütamadi pozulması, Baltikyanı ölkələrdə və Polşada NATO qoşunlarının yerləşdirilməsi və Rusiya ilə sərhəddə NATO qərargahının yaradılmasını daha da tez başa gətirdi. Böyük Britaniya və Almaniyanın isə Rusiyaya münasibətdə daha praktik və qətiyyətli davranışı Rusiya-Ukrayna müharibəsinin nəticələrinə əsaslı təsir edə bilər və nəinki təkcə Rusiya-Ukrayna müharibəsində".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
olaylar.az

1Источники