RU

“Qalatasaray”lı məşhur Azərbaycana özünü biabır etməyə gəlib?

Nəhayət, «Sumqayıt» rəhbərliyi VİP-lojadan aşağı enməli, komandanın daxili işlərinə qarışmalıdır.

Gün və gündəm bunu tələb edir.

Səbrin də bir həddi var axı. Gözləməyə davam eləyəcəklərsə, bu, hamının ziyanına olacaq - həm məşqçi korpusunun, həm futbolçuların.

Saşa İliç böyük işlər üçün deyil - xahiş edirəm, gəlin, daha mübahisə etməyək!

O, yaxşı futbolçu olub, böyük klubların formasını geyinib, özünü «Qalatasaray»lı kimi bizlərə sevdirib. Məşqçi Saşa İliç kiçik biridir və mən indi başa düşürəm ki, niyə işlədiyi əvvəlki klublarda 1-2 ildən artıq qalmayıb.

«Sumqayıt»ın heyəti yüksək yerlər uğrunda mübarizə aparmağa qadirdir. İliç xidmətinə verilən qvardiyadan düzgün bəhrələnmir.

Deyəsən, o, gündəlik məşqlərə gəlmir. Gəlsə də, ciddi yanaşmır, futbolçularla yaxın münasibət qurmur, onlara uzaqdan dayanıb baxır.

O qədər siqaret çəkir ki, tüstü-dumandan kimin necə hazırlıq keçməsini görmür.

Belə olmasaydı, Mehdi Cənnətov daha əsas heyətdə yer almazdı. Bu qapıçı artıq neçənci dəfədir ki, kobud səhvlərlə yadda qalır.

Yəqin ki, «Sumqayıt»ın bazasında tərəzi var. Aleksandr Ramalenqomun çəkisini öyrənmək beləmi çətindir, İliç bunu da etmir?

Maqadaskarlı hücumçu ağır atletlərə bənzəyir, mədəsi piy bağlayıb, elə bil.

Komanda taktiki cəhətdən heç nə göstərə bilmir, bəyəm fiziki hazırlığa nəzarət etmək də belə çətin işdir?

MUSA

Избранный
13
sportinfo.az

1Источники