RU

ABŞ: Kubalı döyüşçülər Rusiyanın tərəfində döyüşür - ÖZƏL

ABŞ Dövlət Departamenti iddia edir ki, Ukraynada Rusiyanın tərəfində təxminən 5 min kubalı vətəndaş döyüşür. Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi, Amerikanın daxili sənədlərinə istinadla xəbər yayıb. Məlumata görə, prezident Donald Trampın administrasiyası bu məlumatdan istifadə edərək digər ölkələri BMT-də ABŞ-ın Kubaya qarşı sanksiyaları ləğv etməsini tələb edən qətnaməni dəstəkləməməyə inandırmağa çalışıb. Reuters, Dövlət Departamentinin 2 oktyabr tarixli, bir çox ABŞ səfirliyinə göndərilmiş qeyri-məxfi teleqramına istinad edir. Həmin teleqramda diplomatlara bildirilib ki, Kubanın hökuməti Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını aktiv dəstəkləyir. Agentlik bildirir ki, bu kampaniya BMT Baş Assambleyasında səsverməyə təsir göstərmək məqsədi daşıyır. Hər il qəbul edilən bu qətnamə geniş səs üstünlüyü ilə təsdiqlənir, lakin hüquqi nəticəsi yoxdur. Keçən il sənəd 187 ölkə tərəfindən qəbul edilib, ABŞ və İsrail əleyhinə səs verib, Moldova isə bitərəf qalıb. Bu il Tramp Kubaya qarşı sanksiyaları sərtləşdirərək ölkəni yenidən terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil edib və maliyyə və turizm məhdudiyyətlərini artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
olaylar.az

1Источники